BAKI, AzerVoice
Əhməd Əl Şaraa Telegram hesabından verdiyi açıqlamada Antalyada dördüncü dəfə "Bölünmüş Dünyada Diplomatiyaya Qucaq açmaq" mövzusu ilə keçirilən Antalya Diplomatiya Forumunda (ADF) iştirak etməkdən böyük məmnuniyyət duyduğunu dilə gətirib.
AzerVoice xəbər verir ki, Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmətin vacibliyini vurğulayan Şara forumun bu prinsipin təsdiqi baxımından da mənalı olduğunu bildirib.
“Bu iştirak Suriya Ərəb Respublikasının dialoq və diplomatiyanın münaqişələri həll etmək, regionumuzda və dünyada sülh və sabitliyi gücləndirmək üçün ən təsirli vasitə olduğuna dair dərin inamından irəli gəlir”, - deyə Şaraa bildirib.
Şaraa forum çərçivəsində bir çox ölkələrin prezidentləri və liderləri ilə ikitərəfli görüşlər keçirdiyini və bu görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi və ümumi maraq doğuran sahələrdə koordinasiyanın təmin edilməsi istiqamətində addımların müzakirə edildiyini qeyd edib.
Şaraa bildirib ki, bu addımlar xalqın mənafeyinə xidmət edir, regionda və dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Şaraa açıqlamasının sonunda “qardaş” deyə müraciət etdiyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi diqqət və qonaqpərvərliyə görə təşəkkür edib.