BAKI, AzerVoice
Suriya ilə Cənubi Koreya arasında diplomatik əlaqələr qurmaq üçün müqavilə imzalanıb
AzerVoice xəbər verir ki, Suriya və
Cənubi Koreya, iki ölkə arasında qarşılıqlı səfirliklərin açılması
ilə diplomatik əlaqələrin qurulması üçün tarixi bir müqavilə
imzalayıb.
Suriya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Suriya xarici
işlər naziri Əsəd Əl-Şabani, Cənubi Koreya Respublikasının yüksək
səviyyəli nümayəndə heyətini qəbul edib. Bununla yanaşı, Suriya
prezidenti Əhməd əl-Şara da Cənubi Koreya nümayəndəsini qəbul
edib.
Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, iki ölkə arasında səfirliklərin açılması və diplomatik missiyaların mübadiləsi barədə razılıq əldə edilib. Bu addım, Suriya üçün “regionda və dünyada itirilmiş aparıcı rolunu bərpa etmək” məqsədini daşıyır.
Qeyd edək ki, Suriyanın əvvəlki rejimi dövründə Şimali Koreya ilə yaxşı münasibətlər olub. 2011-ci ildən bəri diplomatik təcridə uğrayan Suriya, xüsusilə Qərbdən ciddi şəkildə təcrid olunmuşdu. Cənubi Koreya ilə bu diplomatik addım, Suriyanın beynəlxalq aləmdəki mövqeyini gücləndirmək istiqamətindəki cəhdlərdən biridir.