BAKI, AzerVoice
Suriya Prezidenti Əhməd əl-Şara hökumətin formalaşdırılmasında kvotaların tətbiq edilmədiyini və siyasi parçalanmanın qəbul olunmadığını bəyan edib.
AzerVoice xəbər verir ki,
Əl-Şara Dəməşqdəki Xalq Sarayında qılınan Fitr bayramı namazından
sonra çıxış edərək, ölkənin yeni bir tarix yazdığını və qarşıda
uzun və çətin bir yol olduğunu vurğulayıb.
"Biz iki gün əvvəl Suriya hökumətini elan etdik və kvotalardan uzaq
duraraq iştiraka önəm verdik. Təcrübəli və səlahiyyətli nazirlərin
seçilməsi üçün ciddi iş aparıldı. Bizim əsas məqsədimiz dəyişiklik
və inkişafdır", – deyə o bildirib.
Qeyd edək ki, yeni hökumət 22 nazirdən ibarətdir və bu, Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk keçid hökuməti hesab olunur. Prezident Əhməd əl-Şara və nazirlər Ramazan bayramı namazını Dəməşqdə Xalq Sarayında qılıblar. Paytaxtın şimalında, Qasiun dağındakı Naməlum Əsgər Meydanında isə minlərlə insan ilk Fitr bayramı namazını qılıb.