Əsas səhifə » Suriyada yeni hökümətin tərkibi açıqlanıb

Suriyada yeni hökümətin tərkibi açıqlanıb

BAKI, AzerVoice

Suriya Prezidenti Əhməd əl-Şəraa yeni hökumətin tərkibini təqdim edib.

AzerVoice xəbər verir ki, yeni hökumətdə yalnız bir qadın yer alıb. Hökumətin əksər yerləri isə əl-Şəraanın tərəfdarlarına verilib.

Yeni hökümətdə Sosial məsələlər və Əmək naziri vəzifəsini xristian azlığının nümayəndəsi və Bəşşar Əsəd rejiminin uzun müddətdir ki, əleyhdarı olan Hind Kabavat tutub. Xarici işlər və Müdafiə nazirləri isə əvvəlki vəzifələrində qalıblar.

Şəraa vurğulayıb ki, hökumətin əsas prioritetləri arasında Suriyanın bərpası, güclü və sabit bir dövlətin qurulması, bu dövlətin millətin və hər bir vətəndaşın maraqlarını təmin etməsi yer alacaq. Eyni zamanda, korrupsiya ilə mübarizə, ordunun inkişafı və iqtisadiyyatın gücləndirilməsi ön planda olacaq.

Həmçinin oxuyun:

Suriyada yeni konstitusiya üçün ilk addımlar atılır

Digər Kateqoriyalar

2025 © Azervoice