51
BAKI, AzerVoice
Suriya paytaxtı Dəməşqin simvolik nöqtələrindən biri olan Əməvi Meydanında xalq, İsrailin Dəraa vilayətindəki Koye kəndinə etdiyi hücumlara qarşı etiraz aksiyası keçirib.
AzerVoice xəbər verir ki, etirazçılar əllərində "Bölünmənin hər növünə yox", "Torpağımız qənimət deyil, canlarımız ucuz deyil", "Bədənlərimizin qalıqları ilə belə işğala qarşı qarşı mübarizə edəcəyik", "İşğala yox" və "Boykot et, müqavimət göstər" yazılı plakatlar tutublar.
Xatırladaq ki, İsrail, 25 mart tarixində, Suriyanın Dəraa vilayətinin şimal-qərbində yerləşən Koye kəndinə silahlı hücum edib. Bu hücum nəticəsində dörd mülki şəxs ölüb, çox sayda insan yaralanıb.