12
BAKI,AzerVoice
PKK/YPG terror təşkilatı Hələbdə 5 nəfəri qaçırıb və onların taleyi hələlik məlum deyil.
AzerVoice xəbər verir ki, terror
təşkilatı PKK/YPG, Suriyanın Hələb vilayətində işğal etdiyi Şeyx
Maksut və Əşrəfiyyə məhəllələri yaxınlığında həyata keçirdiyi
hücumda 5 nəfəri qaçırıb.
Yerli mənbələrdən əldə edilən məlumatlara görə, terrorçular,
Leyramun qovşağı ətrafında həyata keçirdikləri sızma hücumunda 5
nəfəri saxlayıb və işğal etdikləri ərazilərə geri çəkiliblər.
Qaçırılan şəxslərin taleyi ilə bağlı hələlik heç bir məlumat
verilməyib.
Qeyd edək ki, PKK/YPG terror təşkilatı Hələb şəhər mərkəzinin şimalında yerləşən Şeyx Maksut və Əşrəfiyyə məhəllələrinin işğalını davam etdirir.