Əsas səhifə » Suriyalıların ölkələrində Ramazan bayramı qeyd etmə sevinci

Suriyalıların ölkələrində Ramazan bayramı qeyd etmə sevinci

BAKI, AzerVoice

Suriya vətəndaş müharibəsi səbəbiylə Türkiyəyə sığınan suriyalılar, 61 illik Baas rejiminin devrilməsindən sonra Ramazan bayramını öz ölkələrində qeyd etməyin sevincini yaşayırlar.

AzerVoice xəbər verir ki , Əsəd rejiminin süqutundan sonra Türkiyədəki suriyalılar ölkələrinə qayıtmağa davam edir. Kilisdəki Öncüpınar Gömrük Qapısında sıxlıq yaşanır və suriyalılar, Könüllü Geri Dönüş Birliyinin əməliyyatları nəticəsində vətənlərinə qayıdırlar.

Ölkəsinə qayıdan Muhammet Huvat (22) 9 il əvvəl vətəndaş müharibəsi səbəbilə Türkiyəyə sığındığını bildirərək, "Suriyadakı müharibə bitdi və indi evə getmək istəyirik. 9 ildir Türkiyədə heç bir problemimiz olmadı, Allaha şükürlər olsun ki, bizimlə yaxşı davrandılar. Türk xalqına təşəkkür edirəm"- deyə bildirib. O, bayramı öz ölkəsində keçirəcəyinə görə çox xoşbəxt olduğunu da vurğuladyıb.

Abdullah Elzemo (31) də 12 ildən sonra vətəninə qayıdaraq bayramı orada keçirdiyini bildirib və "İki bayramım oldu. Ölkəmə qayıdıb bayramı orada qeyd edəcəyəm. Türk xalqına təşəkkür edirəm" - deyə bildirib.

Qeyd edək ki, Suriyadakı müharibənin sona çatması ilə daha çox suriyalı Türkiyədən öz vətənlərinə qayıdır və bayramı orada keçirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice