Bakı, AzerVoice
İsrail ordusu Suriyanın Dəraa vilayətinin qərbində yerləşən Kuya qəsəbəsini atəşə tutub.
AzerVoice xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat verib.
Məlumata əsasən, intensiv kəşfiyyat uçuşları zamanı İsrail qüvvələri qəsəbəyə daxil olaraq onu bir neçə tank mərmisi ilə atəşə tutublar. Nəticədə dörd nəfər ölüb, bir vəfər isə yaralanıb.
Digər tərəfdən, Suriya Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazilərinə etdiyi hücumlarını kəskin şəkildə qınayıb. Nazirlik bu hücumlarla bağlı beynəlxalq səviyyədə araşdırmaların aparılmasını tələb edib.
“Bu hücumlar milli suverenliyə və beynəlxalq hüquqa açıq şəkildə ziddir. İsrailin həyata keçirdiyi bu pozuntuların beynəlxalq səviyyədə araşdırılmasını tələb edirik”, - deyə nazirliyin verdiyi açıqlamada bildirilib.