Əsas səhifə » İsrail Suriyada hərbi obyektə hava hücumu edib

İsrail Suriyada hərbi obyektə hava hücumu edib

Bakı, AzerVoice

İsrail Hava Qüvvələri, Suriyanın hərbi obyektinə hava hücumu edib.

AzerVoice xəbər verir ki, bu barədə Al Ikhbariya telekanalı məlumat yayıb.

Məlumata görə İsrail hava Qüvvələrinin təyyarələri, paytaxt Dəməşqin 43 km cənubunda yerləşən Əs-Sanameyn şəhərindəki hərbi obyektə zərbə endirib.

Məlumatda bildirlib ki, hücum, keçmiş Suriya ordusunun arxa bazasına edilib. Can itkisi və maddi zərər barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl İsrail Hava Qüvvələri, Dəməşq-Dəraa cənub magistral yolunda, Əzra şəhərindəki 89-cu topçu alayının batareyaları və sahə düşərgəsinə hücum edib. Eyni zamanda, 12-ci tank diviziyasının yerləşdiyi ərazi də bombalanıb.

Ötən ilin dekabrından bəri, Suriyada hakimiyyətin dəyişməsindən sonra, İsrail aviasiyası mütəmadi olaraq ölkənin ərazisindəki hərbi obyektlərə zərbələr endirir. Suriya hakimiyyəti, bir neçə dəfə beynəlxalq ictimaiyyıtı İsrailin bu aqressiyasının dayandırılması barədə çağırışlar edib.

Digər Kateqoriyalar

2025 © Azervoice