9
Bakı, AzerVoice
İsrail Suriyanın cənubundaki hərbi obyektlərinə hava hücumlarını davam etdirir.
AzerVoice xəbər verir ki, bu barədə Al-Watan qəzeti məlumat verib.
Məlumata əsasən, İsrailin hava qüvvələri paytaxt Dəməşqdən cənubda yerləşən Nadja kəndindəki hərbi obyektlərə və kazarmalara hava zərbələri endirib. Ölənlər və ya maddi ziyan haqqında hələ ki məlumat verilməyib.
Qeyd edək ki, ötən ilin dekabrından Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail aviasiyası mütəmadi olaraq Suriyadaki hərbi obyektlərə hücumlar edir. Suriya hökuməti isə beynəlxalq ictimaiyyətə İsrailin hücumlarını dayandırmaq üçün dəfələrlə çağırışlar edib.