Bakı, AzerVoice
YPG qüvvələri silahlarını yerə qoysunlar və mərkəzi hökumətin tam nəzarətinə keçsinlər. Bu bir zərurətdir.
AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqdə keçirilən görüşdən sonra verdiyi açıqlamada yer alıb.
Fidan bildirib ki, YPG Hazırkı strukturu PKK-nın bir hissəsidir.
"Təşkilatın hərbi qabiliyyətlərinin məhv edilməsi bizim üçün vacib bir məsələdir. Bunun təmin olunması üçün əlbəttə ki, bəzi məsələlər ön plana çıxır. Bunlardan biri əmri komanda məsələsidir. Hazırkı qüvvələrin özlərini ləğv etməsi, mərkəzi hökumətin nəzarətinə keçməsi çox vacib bir şərtdir. Bundan başqa, silah, raket istehsalı, hava müdafiə sistemi kimi kritik qabiliyyətlərə sahib olmaları əsla qəbul edilə bilməz. Bir digər məsələ də YPG-yə xaricdən qoşulanlardır. Bunlara heç bir yer yoxdur",- deyə açıqlamada qeyd edilib.
O həmçinin bildirib ki, Suriyada yaşayan kürtlərə, Əsəd dövründə verilən hüquqların verilməsi lazımdır və hər kəsə bərabər vətəndaş münasibətinin göstərilməsi vacibdir.
"Suriya hökuməti də bu mövzuda olduqca həssasdır. Öz yurdlarından didərgin düşən suriyalıların geri dönmə məsələsi, qabaqcıl mövzulardan biridir. Təhlükəsizlik təmin edilən bir mühitdə, silahlı təşkilatlar yaşayış sahəsi tapa bilməzlər",- deyə Fidan qeyd edib.
Nazir, prosesin gedişində ehtiyatlı olmağın və nəzarəti əldən verməməyin zəruriliyini qeyd edib.