Əsas səhifə » İsrail Suriyanın cənubuna hava zərbələri endirib

İsrail Suriyanın cənubuna hava zərbələri endirib

Bakı, AzerVoice

İsrail ordusu, Suriyanın cənubunda bəzi hərbi obyektlərə hava hücumu edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, ordu, Suriyanın cənubunda, Colan təpələrində yerləşən Kuneytra vilayətinə bağlı Xan Arnaba qəsəbəsinə hava zərbələri endirib. İsrail ordusu bu nöqtələrdə yerləşən artilleriya qurğularını vurduğunu iddia edərək, Suriyanın cənubundakı silahların İsrail üçün təhlükə yaratdığını bildirib.

Qeyd edək ki, Suriyada Bəşşar Əsəd rejimi keçən ilin 8 dekabr tarixində devrildikdən sonra İsrail ölkəyə qarşı şiddətli hava hücumları həyata keçirmişdi. Bundan əlavə, İsrail 1974-cü ildə Suriya ilə əldə edilən atəşkəs razılaşmasını pozaraq, işğal altındakı Colan Təpələrində işğalını genişləndirməyə başlamışdı. İsrailin müdafiə naziri Yisrael Katz, Suriyadakı işğalın davam edəcəyini iddia etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice