Əsas səhifə » İsrail Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib

İsrail Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib

Bakı, AzerVoice

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən bir binaya hava hücumu həyata keçirib.

AzerVoice xəbər verir ki, Hücum yerli vaxtla saat 13:45-də Masro Dummar ərazisində baş verib.

Hadisə nəticəsində iki güclü partlayış səsi eşidilib və hədəf alınan binadan tüstü qalxıb.

İsraildə yayımlanan Kanal 14 televiziyası hücumun Fələstin İslami Cihad Hərəkatının qərargahına yönəldiyini iddia edib.

Qeyd edək ki, İsrail son illərdə Suriyada müxtəlif hədəflərə hava zərbələri endirir və bu hücumlar xüsusilə İranın dəstəklədiyi qruplara qarşı yönəlir.

Digər Kateqoriyalar

2025 © Azervoice