Bakı,
AzerVoice
Suriya Rəyasət Heyəti ölkədə təhlükəsizlik və siyasi məsələlərin
koordinasiyası üçün Milli Təhlükəsizlik Şurasının yaradıldığını
elan edib.
AzerVoice xəbər verir ki, verilən açıqlamada bildirilir ki, yeni qurum dövlət başçısının sədrliyi altında fəaliyyət göstərəcək və ölkədə təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasətlərin formalaşdırılmasına cavabdeh olacaq.
Şura, xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru, həmçinin prezident tərəfindən təyin ediləcək iki müşavir və bir texniki ekspert daxil olmaqla, ümumilikdə yeddi nəfərdən ibarət olacaq.
Prezidentin dəvəti ilə mütəmadi toplantılar keçiriləcək və lazım gəldikdə fövqəladə iclaslar təşkil ediləcək.
Məlumata görə, ABŞ-ın Suriyadakı hərbi mövcudluğunu azaltması fonunda Dəməşq administrasiyası yeni təhlükəsizlik strukturunun yaradılması zərurətini vurğulayıb.
Qeyd olunur ki, Suriya rəhbərliyi Osmanlı dövründən bəri bölgədə qüvvələr balansına təsir göstərən amilləri nəzərə alaraq, daxili və xarici təhlükəsizlik siyasətində ciddi dəyişikliklər etməyə hazırlaşır.