17
Bakı, AzerVoice
Suriya prezidenti Əhməd əl-Şəraa Süveyda qubernatoru və druz liderləri ilə görüş keçirib.
AzerVoice-un məlumatına görə, Şəraa və druz liderləri ortaq razılığa gəliblər.
Belə ki, Şəraa, bütün druz təşkilatlarının Dəməşq hökumətinə inteqrasiya olunmasını nəzərdə tutan bir razılaşma imzalayıb.
Razılaşma çərçivəsində, Süveydadakı təhlükəsizlik qurumları Suriya Daxili İşlər Nazirliyinə tabe olacaq. Yerli polis əməkdaşları Süveyda əhalisindən seçiləcək. Suriya hökuməti isə bölgə qubernatorunu və polis rəisini Süveyda mənşəli olmaq məcburiyyəti olmadan təyin edə biləcək.
Bununla yanaşı, Süveyda şəhərində druzlar, ölkənin yeni bayrağını göylərə qaldırıblar.