Bakı, AzerVoice
Suriya Rusiya ilə dərin strateji əlaqələrin qorunmasını istəyir, buna görə də respublikanın yeni hakimiyyəti ölkələr arasında münasibətlərin pozulmasına yol verməməyə çalışır.
AzerVoice xəbər verir ki, bu sözləri Suriyanın prezidenti Əhməd Əl-Şəraa deyib.
"Biz Suriyanın Rusiya ilə əlaqələrinin pozulmasını istəmirik. Rusiyanın Suriyadakı mövcudluğunun dünyanın hər hansı bir ölkəsi üçün təhlükə və ya təhdid yaratmasını istəmirik, lakin bu dərin strateji münasibətləri qoruyub saxlamaq istəyirik", - deyə o bildirib.
Qeyd edək ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra Rusiya Əsəd hökümətini siyasi, diplomatik və hərbi baxımdan dəstəkləyən əsas qüvvələrdən biri olub. 2015-ci ilin sentyabrında Rusiya rəsmi olaraq Suriyada hərbi əməliyyatlara başlayaraq Əsəd hökumətinə dəstək verib. Bu müdaxilə hökumətin bir sıra əraziləri üsyançılardan və terrorçu qruplaşmalardan geri almasına kömək edib.