13
BAKI, AzerVoice
Aİ Komissiyası Suriya prezidenti Əhməd Şəra martın 17-də Brüsseldə keçiriləcək donor konfransına dəvət edib.
AzerVoice xəbər verir ki, Şəra, donor ölkələrin iştirak edəcəyi bu konfransa qatılacaq. Aİ Komissiyası, Suriya prezidenti ilə əməkdaşlıq imkanlarını müzakirə etmək və beynəlxalq yardımın yönləndirilməsi məsələlərini dəyərləndirmək niyyətindədir.
Qeyd edək ki, donor konfransı, Suriya vətəndaş müharibəsindən sonra ölkənin bərpası və humanitar yardım məsələləri ilə bağlı müzakirələrin aparılacağı mühüm bir tədbir olacaq.