Əsas səhifə » Suriya MN Əsəd tərəfdarlarına qarşı hərbi əməliyyatların başa çatdırdığını elan edib

Suriya MN Əsəd tərəfdarlarına qarşı hərbi əməliyyatların başa çatdırdığını elan edib

BAKI,AzerVoice

Suriyada hakimiyyətdən uzaqlaşdırılan keçmiş prezident Bəşşar Əsədin tərəfdarlarına qarşı aparılan hərbi əməliyyatların tamamlandığı elan edilib.

AzerVoice xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qəni bazar ertəsi günü X platformasında yayımladığı açıqlamada, artıq dövlət qurumlarının fəaliyyətlərini bərpa edərək əsas xidmətləri təmin edə biləcəyini bildirib.

"Biz həyatın normala dönməsi, təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üçün zəmin yaradırıq," - deyə o bildirib.

Əbdül Qəni, keçmiş hakimiyyətin qalıqları ilə mübarizəni davam etdirəcəklərini və gələcək təhlükələrin qarşısını almaq üçün planlar hazırlandığını qeyd edib.

Suriya prezidenti Əhməd əl-Şəraa isə bazar günü etdiyi çıxışda, baş vermiş zorakılıqların günahkarlarını tapıb cəzalandıracağını və yeni hakimiyyətin səlahiyyətlərini aşan hər kəsdən hesab soruşacağını vəd edib.

Əş-Şəraanın administrasiyası eyni zamanda qarşıdurma və qətlləri araşdırmaq üçün müstəqil komitə yaratdıqlarını açıqlayıb.

Əbdül Qəni təhlükəsizlik qüvvələrinin istintaq komitəsi ilə əməkdaşlıq edəcəyini, hadisələrin təfərrüatlarını aydınlaşdırmaq, faktları yoxlamaq və ədalətin təmin olunması üçün tam şərait yaradacaqlarını qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice