Əsas səhifə » Suriya xaosa sürüklənir - Əhməd əl- Şaraa

Suriya xaosa sürüklənir - Əhməd əl- Şaraa

BAKI, AzerVoice

Suriya Müdafiə Nazirliyi, Hələb şəhərində "QSD" tərəfindən həyata keçirilən hücuma qarşı mübarizə aparıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Ğəni, dünən Suriya xəbər agentliyinə açıqlama verərək, Hələb şəhərində Suriya Demokratik Qüvvələri (QSD) tərəfindən həyata keçirilən hücuma qarşı mübarizə aparıldığını bildirib.

Nazirlik nümayəndəsi, təhlükəsizlik qüvvələrinin hücum edən qruplara itkilər verdirərək onların qarşısını aldıqlarını əlavə edib.

Suriya Prezidenti Əhməd əl-Şaraa isə son hadisələrlə bağlı açıqlama verərək, ölkəsinin “son dövrlərdə sabitliyinin pozulması və xaosa sürüklənməsi cəhdlərinə” məruz qaldığını bildirib.
O, bu təhdidlərin keçici olmadığını, xaosun davam etdirilməsinə çalışan qüvvələrin fürsətçi cəhdləri olduğunu vurğulayıb.

Şaraa əlavə edib ki, Suriyanın sahil bölgələrində baş verən hadisələr birinci deyil və bu cür hadisələr əvvəlki dövrlərdə də olub, lakin onlar dərhal yatırdılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice