Bakı, AzerVoice
Suriyanın qərb bölgələrində təhlükəsizlik qüvvələri ilə keçmiş rejim tərəfdarları arasında döyüşlər davam edir.
AzerVoice-un məlumatına görə, Suriya Daxili İşlər Nazirliyi Tartus bölgəsinə əlavə qüvvələrin göndərildiyini elan edib. Nazirliyin qısa açıqlamasında bu addımın bölgədə asayişi təmin etmək, sabitliyi gücləndirmək və sakitliyi bərpa etmək məqsədi daşıdığı bildirilib.
Bundan əlavə, optik kabellərin zədələnməsi səbəbindən Dəra və Süveyda əyalətlərində rabitə və internet xidmətləri dayandırılıb.
Dəra Telekommunikasiya İdarəsinin rəhbəri Əhməd Həriri, bu problemin dəfələrlə təkrarlanan hücumlar nəticəsində baş verdiyini bildirib.
Suriya hökuməti dünən qərb sahil bölgəsində təhlükəsizlik qüvvələrinin mövcudluğunu artırdığını və qarşıdurmalar baş verən ərazilərdə tam nəzarəti təmin etdiyini elan edib.
Müxtəlif mənbələr, Suriya təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında toqquşmalarda 700-dən çox insanın öldüyünü bildirir.