BAKI,
AzerVoice
Suriya prezidenti Əhməd Şaraa Ərəb Liqası Sammitində iştirak etmək
üçün Misirin paytaxtı Qahirəyə gəlib.
AzerVoice istinadən xəbər verir ki, istinadən xəbər verir ki, Ərəb Liqasına üzv olan ölkələrin liderləri və rəsmiləri "Fələstində baş verən təhlükəli hadisələri" müzakirə etmək üçün Qahirədə toplaşırlar.
Şəraanın sammitdə iştirakı gözlənilirdi və bu gün Suriya lideri rəsmi olaraq Qahirəyə eniş edib.
Sammit çərçivəsində Suriya prezidenti Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta ilə də görüş keçirib.
Görüş zamanı: Suriya və Avropa İttifaqı arasındakı münasibətlər müzakirə olunub. Fələstindəki vəziyyət və regional məsələlər ətrafında müzakirələr aparılaraq , həmçinin Qəzza münaqişəsinin həlli üçün beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.
Əhməd Şaraanın bu zirvədə iştirakı Suriya diplomatiyasının ərəb dünyasında yenidən fəallaşması və beynəlxalq arenada daha aktiv mövqe tutması baxımından diqqət çəkir.