Əsas səhifə » Suriya prezidenti İordaniyaya səfər edəcək

Suriya prezidenti İordaniyaya səfər edəcək

BAKI, AzerVoice

Suriya Prezindeti Əhməd Şəraa, İordaniyaya səfər edəcək.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində Şəraa İordaniyanın kralı Abdullah II ilə iki ölkə arasında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə edəcək.

Görüşdə regional məsələlər başda olmaqla, ABŞ Prezidenti Donald Trampın Qəzza əhalisinin departasiyası da müzakirə olunacaq.

Qeyd edək ki , bu Şəraanın ikinci xarici səfəridir, daha öncə o Səudiyyə Ərəbistanına səfər etmişdi.

Qeyd edək ki, Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə çıxışında Qəzzanın nəzarətə alınacağını və fələstinlilərin Misir və İordaniyada yeni yaşayış yerlərinə köçməsinin "ən yaxşı həll yolu" olduğunu iddia edib. O, Qəzzanın tamamilə məhv edildiyini və fələstinlilərin bölgəni tərk etməkdən başqa çarələrinin olmadığını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice