Bakı, AzerVoice
Səudiyyə Ərəbistanı regional məsələlərdə uzun sürən laqeydlik seçiminin mənfi təsirindən sonra bölgədə öz təsirini yenidən bərpa etmək üçün geri dönməyi qərara alıb.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, xüsusilə Suriyanın İran təsirindən çıxaraq, dolayı da olsa Qətər və Xüsusilə də Türkiyə təsirinə düçməsindən sonra daha ciddi çəkildə krallığın xarici siyatəində gündəm mövzu olub.Məsələ regionda artan Türkiyə və Qətəri sıxışdırmaq deyil, eyni zamanda da İran boşluğunu maksimum doldurmaqdır. Xüsusən də Suriya, Livan, gələcək də isə İraq və Yəməndə.
Lakin yenidən önə çıxma macərası yüksək səbr, geniş imkanlar və Türkiyə, Qətər və İranla rəqabət aparan ölkələrlə etibarlı əlaqələr şəbəkəsi qurmağı tələb edir.
Krallıq, öz maliyyə və sərmayə gücü ilə Suriyada Qətər və Türkiyənin təsirini zəiflətməyə çalışır – bu, həm krallığın təhlükəsizliyi, həm də regiondakı gələcək planları üçün vacibdir.
Böyük məqsədlər uğrunda görülməsi gərəkən işlərdən biri
də,regionda möhkəmlənərək, İranın Livana doğru irəliləməsinin
qarşısını almaq və Tehranın Hizbullah, HƏMAS və digər islamçı
qrupları silahlandırmaq planlarını dayandırmağa məcbur
etməkdir.
Əsəd regimin devrilməsindən sonra Suriya rəsmilərinin ilk xarici
səfəri Səudiyyə Ərəbistanı olsa da , krallıq üçün Suriyadakı
vəziyyət olduqca mürəkkəb kimi qiymətləndirilir. Əgər
Səudiyyə Ərəbistanı Əsəd ilə son illərdə başlatdığı yaxınlşama
prosesini daha tez həyata keçirə bilsəydi bəlkə də hər şey daha
başqa cür ola bilərdi. Səudiyyə rəsmiləri və “dərin dövlət” hesab
edirdi ki, Əsədə maliyyə dəstəyi ilə hakimiyyətdə saxlayaraq Əsədin
İranla pisləşməyə doğru gedən əlaqələrini fürsət kimi sitifadə
edərək, ələvi lideri öz maraq dairələri çəkə biləcəklər.
Amma belə olmadı…
Daha sonra gec də olsa bəlli olduq ki, Ankara və Doha Suriyada
yeni hakimiyyət qurmağa çalışır və bu hakimiyyət öz qapılarını
krallıq üzünə tam açmayacaq .Səudiyyənin “ Dəməşq
kandarından” tam keçməsinə mane olan əsas səbəb isə, Ankara və
Dohanın Suriyada onillərdin öz təsirini gücləndirməsidir.
Məhz bu dəstək sayəsində Suriyada rejim dəyişiliyi baş
verdi.Ər-Riyad yaxşı anlayır ki, yerli tərəfdaş və ya müttəfiq
tapmasa, nüfuz qazanmaq ən yaxşı halda çətinləşəcək və ya sadəcə
olaraq mümkün olmayacaq.
Lakin Yaxın Şərqdə imkanlar tükənmir… Səudiyyə bur alternativ
olaraq bir zamanları Əsədin devrilməsi ümün dəstək verdiyi silahlı
qruplarla əlaqələrini canlandıra bilər. Amma probem ondadır ki, bu
ünsiyyət və ola biləcək ehtimal maddi dəstək, Yəməndə başlaya
biləcək yeni müharibə riski ilə yarımçıq qala bilər.
Digər tərəfdən Suriyada islamçıların dəstəklənməsi ilə krallığın maraqları arasında yaranan ziddiyyətin içində qalacaq. Məsələ ondadır ki, ehtimal olunan bu plan Şahzadə Məhəmməd bin Salman tərəfindən aparılan müasirləşdirmə islahatları və krallığın regionda islamçı təsirin məhdudlaşdırılması istiqamətində qurduğu siyasətlə toqquşur. Hal hazırda modernləçmə krallığın daxili və xarici siyasətində əsas istiqamət kimi görülür.
Səudiyyə planı daha öncə qeyd etdiyimiz kimi, yalnız bir məsələ ilə məhdudlaşmır, o həm Türkiyə və Qətər təsirinin minimuma endirilməsini, həm də Livan və İraqda İran təsiri ilə rəqabəti nəzərdə tutur.
Livanda mövcud vəziyyət – yeni prezident seçilməsi və Hizbullahın təsirindən uzaq bir hökumətin qurulması, Səudiyyə üçün böyük bir fürsət yaradır. Ölkə təcili maliyyə və sərmayə dəstəyinə ehtiyac duyur və hər kəs Ər-Riyadı əsas maliyyə tərəfi kimi qiymətləndirir. Bu, Səudiyyənin siyasi şərtlərini tətbiq etmək üçün fürsət olsa da, heç kim Hizbullahən yenidən canlanmayacağını və daha əvvəlki illərdə olduğu kimi Livanda Səudiyyə və sünni təsirini minimumam endirməyəcəyini zəmanət verə bilməz.
Buna baxmayaraq Krallıq sabiq baş nazir Saad əl-Haririnin yenidən Livan siyasi həyatına qayıtmasını da maliyyələşdirir. Əvvəl ki illərdən fərqli olaraq hazırda əl-Hariri ümün Livanda daha münasibə bir siyasi mühit var. Əl-Haririnin siyasi fiqur kimi güclənmısi üçün Səudiyyənin xristina və partiyalara da dəstək verəcəsyi ehtimallar arasındadır. Bu dəstək gələcəkdə Hizbullahla yarana biləcək hər növ siyasi koalisiyalara qarşı qabaqlayıcı tədbir hesab edilir.
Livan ordusuna maliyyə yardımları və təhlükəsizlik sahəsində koordinasiyalı dəstək göstərilməsi də, Səudiyyə nüfuzunun təmin olunmasında və Hizbullahın – ən azından pərdə arxasından – yerli təsirinin yenidən yaranmasının qarşısının alınmasında mühüm rol oynayacaq.
Ər-Riyad, İranın təsirinin hakim olduğu İraqda yaranan ümumi
qarışıqlıqdan yararlanaraq, ya İranın mövqeyinə qarşı duran
qrupları və şəxsiyyətləri siyasi əməkdaşlığa cəlb edəcək, ya da
Məhəmməd Şiə əl-Sudani hökumətini tədricən İran təsirindən
uzaqlaşdıraraq nüfuz qazanmağa çalışacaq.
Təbii ki bu o qədər də asan olmayacaq. Ən azından ona görə ki, İraq
höküməti hal ahzırda ölkədəki şiə silahlı qruplardan olduqca
ehtiyat edir. Bu qruplar İraqda olsada ideoloji baxımdan İrana
sadiqdirlər.
Eyni zamanda, Ər-Riyadın uzun müddətdir xroniki çatışmazlıq yaşayan İraqın enerji sektoruna və daha geniş özəl sektora sərmayə qoyması, yerli və siyasi dəstəyin qazanılması və Bağdadda İranın elektrik təminatına olan asılılığın azaldılması məqsədilə həyata keçiriləcək.
Keçən ilin 4 noyabrında Səudiyyə ilə İraq arasında imzalanan hərbi və müdafiə əməkdaşlığı razılaşması, rəsmi xəbər agentliyinə görə “irəliyə doğru mühüm addım” adlandırılıb. Bu razılaşma, 2022-ci ilin iyulunda elektrik şəbəkələrinin birləşdirilməsi və İraqa 1000 meqavat enerji təmin etmək məqsədilə imzalanan razılaşmadan sonra həyata keçirilib.
Son illərdə Səudiyyə, İraqla rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə loyal siyasi fiqurların qəbulunu təmin etməyə çalışıb. Lakin İraqda Səudiyyənin daha rahat hərəkət etəsinin qarşısında İrana bağlı silahlı şiə qruplaşmaların durmasıdır.
Tam əminkilə söyləmək olar ki, regionda İranın təsirinin qismən də olsa azalması, Səudiyyə planlarının həyata keçməsi üçün kifəyət etmir. Bu proses olduqca çox vaxt alacaq. Həmçinin Suriyada, Qətər və Türkiyənin güclü maliyyə, media və siyasi dəstək nüfuzuna qarşı mübarizə aparmaq düşünüldüyü kimi asan olmayacaq.