10
Bakı, AzerVoice
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyalarını rəsmi olaraq qaldıracaq.
AzerVoice xəbər verir ki, Brüsseldə diplomatlar bu gün Avropa İttifaqı ölkələrinin bank, enerji və nəqliyyat sektorlarında Suriyaya qarşı tətbiq edilən sanksiyaları gələn bazar ertəsi rəsmi olaraq dayandırmaq niyyətində olduqlarını elan ediblər.
27 ölkənin xarici işlər nazirləri, yanvar ayında keçirilən əvvəlki görüşdə əldə olunan ilkin razılaşmadan sonra bu məsələ ilə bağlı rəsmi qərar qəbul edəcəklər.
Qeyd edək ki, Aİ, 2011-ci ildə Suriya və Əsəd rejiminə qarşı ağır sanksiyalar tətbiq etmişdi.