Bakı,AzerVoice
Suriya prezidenti Əhməd Əl-Şaraa Latakiya və Tartus əyalətlərinə səfər edib.
AzerVoice xəbər verir ki, dünən İdlib və Hələbdən daxili səfərlərinə başlayan prezident bu gün də sahil bölgəsindəki Tartus və Latakiyada davam edib.
Şaraa Latakiyadakı Şeyx Dahir və Tartusdakı Qubernatorluq meydanlarında böyük izdihamla qarşılanıb.
Daha sonra Şara Latakiya qubernatoru və siyasi işlər rəhbəri, eləcə də bölgənin tanınmış şəxsləri ilə görüş keçirib.
Təriqətlər və etnik qruplar arasında sosial sülhü gücləndirməkdə qərarlı olduqlarını vurğulayan Şaraa, yoxsullara kömək etmək, maaşlarda düzəlişlər etmək və daxili investisiyaları canlandırmaq planlarını açıqlayıb.
Şaraa deyib ki, devrilmiş Əsəd rejiminə bağlı, ölkə daxilində sabitliyi pozmağa çalışan qruplarla mübarizə davam edəcək.