Əsas səhifə » Dəməşq hava limanı yenilənir - Türkiyə Nəqliyyat Nazirliyi işə başlayıb

Dəməşq hava limanı yenilənir - Türkiyə Nəqliyyat Nazirliyi işə başlayıb

Bakı, AzerVoice

Dəməşq Hava Limanının yaxşılaşdırılması çərçivəsində Türkiyədən 25 nəfərlik texniki qrup Suriyada işə başlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlunun verdiyi açıqlamada deyilir.

“Dəməşq hava limanında və Suriya hava məkanında uçuşların təhlükəsliyini təmin etmək üçün 6 yük maşını ilə ümumilikdə 113 nəqliyyat vasitəsi, cihaz və sistem göndərdik. Qurğuları quraşdıran komandamız Dəməşq Hava Limanı personalının təlim proseslərini də tamamlayacaq",- deyə o qeyd edib.

Uraloğlu, 13 illik Suriya Vətəndaş Müharibəsi zamanı zədələnən və istifadəyə yararsız hala düşən Dəməşq Hava Limanının yenidən qurulması üçün Dövlət Hava Limanları İdarəsindən 25 nəfərlik texniki heyət formalaşdırdıqlarını açıqlayıb. Nazir, 2025-ci il fevralın 7-də Suriyaya yola düşən komandanın Hatayın Reyhanlı rayonundakı Cilvegözü Sərhəd Qapısından eyni gün ölkəyə təhlükəsiz şəkildə daxil olduğunu bildirib.

Nazir Uraloğlu, Dəməşq Hava Limanını yenidən canlandırmaq üçün görülən işlər barədə də məlumat verib. O bildirib ki, Naviqasiya, Hava Naviqasiya Elektronika, Terminal Elektronika, Təhlükəsizlik və Hava Limanı Xilasetmə Yanğınla Mübarizə (ARFF) bölmələrindən ibarət texniki qrup lazımi materialları Dəməşq Hava Limanına çatdırıb.

Xatırladaq ki, ötən ay Türk Hava Yolları (THY) Suriyanın paytaxtı Dəməşqə uçuşlarına yenidən start verib.

Digər Kateqoriyalar

2025 © Azervoice