11
Bakı, AzerVoice
Suriyada müvəqqəti hakimiyyət orqanlarının idarə edəcəyi yeni hökumət gələn ay olacaq.
AzerVoice xəbər verir ki, bu haqda Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd Həsən əş-Şibaninin verdiyi açıqlamada deyilir.
Açıqlamada, Martın 1-də fəaliyyətə başlayacaq hökumətin Suriya xalqını mümkün qədər təmsil edəcəyi və onun müxtəlifliyini nəzərə alacağı bildirilib.
Xatırladaq ki, ötən ay Əsəd rejimini devirən Heyət Təhrir əl-Şam qrupunun lideri Əhməd əl-Şaraa müvəqqəti prezident təyin edilib.