Əsas səhifə » Türkiyə Suriyaya humanitar yardım edib

Türkiyə Suriyaya humanitar yardım edib

Bakı, AzerVoice

Türk Qızıl Aypara Cəmiyyəti Suriyanın paytaxtı Dəməşq və Quneytra əyalətində yaşayan 1250 ehtiyacı olan ailəyə qış yardımı göndərib.

AzerVoice xəbər verir ki, yardım proqramında Türkiyənin Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili, səfir Burhan Köroğlu iştirak edib.

Səfir Köroğlu, Dəməşqdə çərkəzlərin yaşadığı məhəllədə yardım işlərinə başlanıldığını və ehtiyacı olan çərkəzlərə qış yardımı edildiyini bildirib.

Türk Qızıl Aypara cəmiyyətinin Suriyadakı nümayəndəliyinin rəhbəri Ferhat Sürməli, Çərkəslərin yaşadığı bölgələrə ümumilikdə 1250 ərzaq paketi və yorğan yardımı etdiklərini açıqladı. O, bu yardımlardan 750-nin Kuneytra vilayətinə bağlı Səlam rayonuna, 500-nün isə paytaxt Şamın Kudseyya məhəlləsinə göndərildiyini bildirib.

Sürməli, bu yardımların bölgədəki yerli ehtiyacları qarşılamağa yönəldiyini vurğulayaraq, Türk Qızıl Aypara Cəmiyyəti olaraq xüsusilə çətin vəziyyətdə olan ailələrə dəstək verməyə davam edəcəklərini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice