BAKI,AzerVoice
Əsədin məsuliyyətə cəlb edilməsi məsələsi Boqdanovun Dəməşqə səfəri
zamanı gündəmə gətirilib,
AzerVoice xəbər verir ki, bunu Suriya
Müdafiə Naziri Mərhəf Əbu Qəsrə deyib.
O qeyd edib ki, bununla yanaşı rəsmi Dəməşq Rusiyanın Aralıq dənizi
sahillərində hava və dəniz bazalarını saxlamağa icazə verməyə
hazırdır.
Əbu Qəsrə Amerikanın The Washington Post qəzetinə verdiyi
müsahibədə bildirib ki, Əsədin ölkədən qaçaraq Moskvayta
sığınmasına baxmayaraq, Suriya-Rusiya münasibətlərində irəliləmə
var.
Əbu Qəsrə onu da bildirib ki, Dəməşqdəki yeni hökumət ABŞ və
Türkiyənin Suriyadakı hərbi bazalarının statusu ilə bağlı da
danışıqlar aparır. O əlavə edib ki, Ankara ilə yeni hərbi
razılaşmalar Türkiyə qüvvələrinin ölkədə azaldılmasını nəzərdə tuta
bilər.
O əlavə edib ki, ABŞ-ın ölkənin şimal-şərqində hərbi varlığını
saxlamaq məsələsi hələ də "danışıqlar mövzusudur".