Bakı,
AzerVoice
Suriyanın müvəqqəti prezidenti Əhməd Şaraa, Türkiyəyə rəsmi
səfərindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi
qonaqpərvərliyə görə təşəkkür edib.
AzerVoice xəbər verir ki, o, iki ölkə
arasında koordinasiyanın gücləndirilməsini səbirsizliklə
gözlədiyini bildirib.
Şaraa Ankaraya tarixi səfərinin ardından verdiyi açıqlamada, "Dost Türkiyə Respublikasına səfərimiz zamanı göstərdiyi qonaqpərvərliyə və səmimi qəbula görə Prezident Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımı bildirirəm", – deyə ifadə edib.
O, Türkiyənin Suriya xalqına verdiyi dəstəyə xüsusi diqqət çəkərək, bunu iki xalq arasında qardaşlığın nümunəsi kimi dəyərləndirib.
"Ümumi maraqlara xidmət etmək və qarşıdakı çətinliklərə birlikdə sinə gərmək üçün siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da gücləndirilməsini səbirsizliklə gözləyirik", – deyə Şaraa, iki ölkə arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.