Əsas səhifə » BMT Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

BMT Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə Beynəlxalq Müstəqil Təhqiqat Komissiyasının üzvü Hanni Meqali Suriyaya qarşı tədbiq edilən mövcud sanksiyaların bir qisminin ləğv edilməsinə ehtiyac olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Meqali, Əsəd rejiminin devrilməsindən sonrakı proseslə bağlı qiymətləndirmələr apararaq, Suriyaya qarşı davam edən sanksiyaların mənfi təsirləri olduğuna diqqət çəkib.

Meqali, Suriya vətəndaş cəmiyyəti də daxil olmaqla, bəzi sektoral sanksiyaların ləğvi və ya dayandırılması ilə bağlı çağırışların artdığını qeyd edib.

Komissar Uelçman da keçmiş vəhşiliklərə dair sübutların qorunmasının vacibliyini qeyd edib.

Yeni administrasiyaya hər məsələdə kömək etməyə hazır olduqlarını bildirən Uelçman, Suriya səlahiyyətliləri ilə mümkün olan ən müsbət və konstruktiv şəkildə qarşılıqlı əlaqədə olacaqlarını bildirib.

Qeyd edək ki, Aİ, 2011-ci ildə Suriya və Əsəd rejiminə qarşı ağır sanksiyalar tətbiq etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice