Əsas səhifə » Türkiyə və Qətər Suriyada 1400 ailəyə yeni evlər təqdim edib

Türkiyə və Qətər Suriyada 1400 ailəyə yeni evlər təqdim edib

Bakı, AzerVoice

Qətər Xeyriyyə Təşkilatı və İHH Humanitar Yardım Fondu tərəfindən Suriyanın Azaz bölgəsində vətəndaş müharibəsindən zərər çəkmiş ailələr üçün “Ümid Şəhəri” adlı yaşayış kompleksi inşa edilib.

AzerVoice xəbər verir ki, Soran qəsəbəsində 9 məhəllədən ibarət olan və 10 minlərlə insan məskunlaşacağı kompleksin açılış mərasiminə Qətər, Türkiyə və Suriya rəsmiləri qatılıb.

Açılış mərasimində Türkiyənin daxili işlər nazirinin müavini Münir Karaloğlu, Qətərin əməkdaşlıq naziri Meryem Əl-Misned, Kilis valisi Tahir Şahin, Hələb valisi Əzzam Qarip, Türkiyənin xarici işlər nazirliyinin Qlobal və humanitar məsələlər üzrə baş direktoru Korhan Karakoç, Hələb baş konsulu Hakan Cengiz, Qətər səfirinin nümayəndəsi Ömər Hassan El-Hil, Suriya Humanitar İşlər Koordinasiya Ofisinin nümayəndəsi Abdurrəzzaq Şəmsəddin, Gaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, Qətər Xeyriyyə Təşkilatının idarə heyətinin sədri Yusuf Əl-Kuvari, İHH Vəqfinin baş katibi Dr. Durmuş Aydın və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimi kəndin girişində lentkəsmə mərasimi və Quran tilavəti ilə başlayıb.

Daha sonra tədbirdə iştirak edən rəsmi şəxslər Türkiyə və Qətərin müxtəlif sahələrdə əməkdaşlıqları və layihə barədə xoş fikirlərini ifadə ediblər.

Açılış tədbirində Türkiyə və Suriyadan bir çox qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib. Tədbir iştirakçılara müxtəlif hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Digər Kateqoriyalar

2025 © Azervoice