Əsas səhifə » Əsədin narkotik ambarları aşkar edilib

Əsədin narkotik ambarları aşkar edilib

Bakı, AzerVoice

Suriyada müvəqqəti hökumətə bağlı Baş Təhlükəsizlik Administrasiyasının qüvvələri Hums əyalətində devrilmiş Bəşar Əsəd rejiminə aid daha bir narkotik anbarı aşkarlayıb.

AzerVoice xəbər verir ki, Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra ölkədəki narkotik istehsal mərkəzləri və anbarlar üzə çıxarılır.

Belə ki, hökumətə bağlı qoşunlar Hums əyalətinin Zehra rayonunda narkotiklərin istehsal olunduğu və qablaşdırıldığı daha bir anbar aşkar ediblər. Aparılan qeydlər anbarda kaptaqon tipli dərmanların olduğunu göstərir.

Məlumat üçün bildirək ki, devrilmiş rejim ən böyük gəlir mənbələrindən biri olan narkotik ticarətindən milyardlarla dollar qazanıb.

Mahir Əsədin rəhbərlik etdiyi narkotik istehsalı və qaçaqmalçılıq şəbəkəsi Suriyada istehsal olunan maddələri əsasən Livan vasitəsilə region ölkələrinə və dünyaya daşıyıb.

Digər Kateqoriyalar

2025 © Azervoice