Əsas səhifə » Suriya Prezidentliyinin loqosu yenilənib

Suriya Prezidentliyinin loqosu yenilənib

Bakı,AzerVoice

Suriyanın 61 illik Baas rejiminin devrilməsindən sonra ölkədə əhəmiyyətli dəyişikliklər davam edir.

AzerVoice xəbər verir ki, bu dəyişikliklərdən biri də Suriya Prezidentliyinin loqosunun yenilənməsidir.

Yeni prezident loqosunda ən diqqət çəkən detal 3 ulduzun olmasıdır. Bu yenilənmiş loqo, Suriya Prezidentliyinin beynəlxalq səviyyədə daha güclü şəkildə təmsil olunmasını hədəfləyir. Dizayner Muhammed Selvaye, "Milli kimlik fərdi sənədlərlə məhdudlaşmır. Biz Suriyanı beynəlxalq arenada daha güclü şəkildə təmsil edəcək bir kimlik yaradırıq" - deyə bildirib.

Qeyd edək ki, 2024-cü il dekabrın 8-də Baas rejimi sona çatdıqdan sonra keçirilən “Zəfər Konfransı”nda Əhməd Şaraa keçid dövrünün prezidenti elan edilib. Bu qərarla konstitusiya ləğv edilib və ordu ilə parlament buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice