Əsas səhifə » Əhməd Əl-Şaraa Suriyanın prezidenti seçilib

Əhməd Əl-Şaraa Suriyanın prezidenti seçilib

Bakı, AzerVoice

Suriyada yeni administrasiyanın lideri Əhməd Əl-Şaraa keçid dövrünün prezidenti elan edilib.

AzerVoice xəbər verir ki, Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, “Qələbə Konfransı” Şəraa, eləcə də xarici işlər naziri Əsəd Həsən Şeybaninin və ölkənin hərbi qruplaşmalarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Konfransın sonunda Hərbi Əməliyyat Müdirliyinin mətbuat katibi polkovnik Həsən Əbdülqəni yekun bəyannaməni oxuyub.

Əbdülqani keçid dövründə Şaraanı Suriya prezidenti elan etdiklərini və Şəranın ölkəni beynəlxalq platformalarda təmsil edəcəyini açıqlayıb.

Qeyd edək ki, 2012 konstitusiyasının ləğv edildiyini bildirən Əbdülqəni Əsəd rejiminə bağlı ordu, təhlükəsizlik birlikləri və parlamentin buraxıldığını da açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice