Əsas səhifə » Aİ Suriyaya qarşı sanksiyaları yumuşaldacaq

Aİ Suriyaya qarşı sanksiyaları yumuşaldacaq

Bakı, AzerVoice

Avropa İttifaqı Bəşər Əsədin devrilməsindən sonra Suriyaya qarşı sanksiyaları yumşaltmağla bağlı razılıq verəcək.

AzerVoice xəbər verir ki, bu haqda Avropa ittifaqının xarici siyasət rəhbəri Kaja Kallas məlumat verib.

Məlumata əsasən Brüsselin sanksiyaları yumşaltmağa hazır olduğu bildirilib.

Nəzərinizə çatdıraq ki, 27 ölkədən ibarət Aİ vətəndaş müharibəsi zamanı Əsəd hökumətinə və Suriya iqtisadiyyatına qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Suriyanın yeni de-fakto lideri Əhməd Əl-Şaraa və onun rəhbərlik etdiyi “Həyət Təhrir Əl-Şam” islamçı qruplaşması Avropa İttifaqının sanksiyaları altında qalır.

Avropa Əsəd ailəsinin 50 illik hakimiyyətinin sona çatmasından sonra müharibədən dağılmış ölkənin bərpasına kömək etmək və onun yeni rəhbərliyi ilə geniş əlaqələr qurmaq niyyətindədir.

Digər Kateqoriyalar

2025 © Azervoice