Əsas səhifə » Belarusun xarici işlər naziri Suriyaya səfər edib

Belarusun xarici işlər naziri Suriyaya səfər edib

Bakı, AzerVoice

Belarusun xarici işlər naziri Maksim Rıjenkovun Suriyaya səfər etdiyi və Suriyanın yeni hökumətinin rəhbəri Əhməd Şara tərəfindən qəbul edilib.

AzerVoice xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rıjenkov Suriyanın paytaxtı Dəməşqə səfər edib.

Rıjenkov və Şara arasında iki saat davam edən görüşdə Suriyanın yenidən qurulmasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Görüş zamanı Suriyada avtobus və kənd təsərrüfatı maşınlarının yığılması prosesinin təşkili və müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Eyni zamanda, Ryjenkov 3 ay ərzində 50 avtobus istehsal edilərək Suriyaya hədiyyə ediləcəyini və suriyalı uşaqların sağlamlığı üçün humanitar yardım proqramlarını davam etdirməyə hazır olduqlarını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice