BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının yardım agentliyi KSrelief Suriyada minlərlə
insana yardım edilməsi üçün ölkədə , Bəşşar Əsəd rejiminin
suqutundan sonra başalayan humanitar aksiyaları davam etdirir.
AzerVoice xəbər verir ki, Ksrelief Suriyanın Hums vilayətindəki
Əl-Rəstan şəhərində ən çox ehtiyac duyanlara qida paketləri daxil
omaqla müxtəlif təminatlı humanitar yardım paylayıb.
Bu humanitar təşəbbüs Səudiyyə Ərəbistanının dünya miqyasında
ehtiyacı olanlara dəstək vermək öhdəliyini əks etdirir.
Qeyd edək ki, yanvarın 1-də Səudiyyə Ərəbistanı illərlə davam edən
vətəndaş müharibəsindən sonra ölkəni bərpa etmək üçün yeni
rəhbərliyin idarəçiliyi altında Suriyaya zəruri yardım göstərmək
üçün bu ölkəyə təyyarə ilə yardım göndərib.
KSrelief-in məlumatına görə, Krallığın 2011-ci ildən 2024-cü ilin
sonuna qədər Suriya xalqına etdiyi ümumi yardım 856 milyon dolları
ötüb.
Bu arada, KSrelief Fələstin, Pakistan, Yəmən, Qambiya və
Banqladeşdə humanitar səylərini davam etdirir.