Bakı, AzerVoice
Suriya xarici işlər naziri Əsəd Şeybani Suriyaya tətbiq olunan sanksiyalar onun ölkəsi üçün ən böyük çağırışdır və bu sanksiyaların qaldırılmasının "sabitlik açarı" olduğunu vurğulayıb.
AzerVoice xəbər verir ki, o bunu Davos Konfransında keçirdiyi müzakirədə keçmiş Britaniya Baş Naziri Toni Blerlə danışarkən deyib.
"Sanksiyalar tez bir zamanda qaldırılmalıdır, çünki onlar əvvəllər suriyalı xalqın xeyrinə tətbiq edilmişdi, amma indi biz xalq və dövlər birliyini görürük. Dünya sanksiyalarını Rusiyada olan Bəşar Əsədə yönəltməlidir." –deyə o bildirib.
Bundan başqa, o, Suriya'dakı təhlükəsizlik vəziyyətinin artıq qəbul edilə biləcək səviyyəyə gəldiyini bildirərək, ölkəsinin "bütün xalq qruplarına açıq olacağını" və "vətəndaş müharibəsi və ya dini müharibəyə girməyəcəyini" təsdiqləyib.