Bakı, AzerVoice
Suriyanın yeni lideri Əhməd əş-Şara ABŞ-ın 47-ci prezidenti kimi
dünən rəsmi olaraq vəzifəyə başlayan Donald Trampa təbrik mesajı
göndərib.
AzerVoice xəbər verir ki, Suriyada 61
illik Baas rejimini devirən Hərbi Əməliyyatlar Komandanlığının
rəsmi Telegram hesabında yayımlanan açıqlamada, Şara Trampın
prezidentlik müddətinin uğurlu olacağına inandıqlarını
vurğulayıb.
Yeni lider, ABŞ və Suriya arasında dialoq və anlayışa əsaslanan əlaqələrin formalaşmasını gözlədiklərini qeyd edərək, "Biz tam əminik ki, bu administrasiya ilə ABŞ və Suriya, hər iki xalqın gözləntilərinə cavab verən bir tərəfdaşlıq qurmaq şansı əldə edəcək. Prezident Trampa uğurlu prezidentlik müddəti arzulayır, Amerika xalqının davamlı gücü və rifahı üçün ən səmimi arzularımızı bildiririk." - deyə lider mesajında bildirib.