Əsas səhifə » Suriya Ərəb Liqasına qayıtmağı ümid edir – XİN

Suriya Ərəb Liqasına qayıtmağı ümid edir – XİN

BAKI,AzerVoice

Suriya Ərəb Liqasına qayıtmağı ümid edir,AzerVoice xəbər verir ki, bunu Suirya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani deyib. O qeyd edib ki, Suriyanın Ərəb Liqasına qayıtmasını səbirsizliklə gözləyir, çünki ölkənin yeni rəhbərləri regional siyasi mənzərədə yer almağa çalışır.

XİN rəsmisi bu bəyanatları Dəməşqdə Ərəb Liqasının köməkçi baş katibi Hussam Zəki ilə birgə keçirdikləri mətbuat konfransında verib. Hussam Zəki isə bildirib ki, Ərəb Liqası üzv dövlətlərlə birlikdə Suriyanın iştirakını aktivləşdirmək üzərində işləyir.

Qeyd edək ki, 2011-ci ildə Ərəb Liqası Bəşşar Əsədin iranyönle siyasətinə və eləcə də ölkədə başlayan dinc etiraz aksiyalarını amansızca yatırdığına caban olaraq Suriyanı Ərəb Liqasından kənarlaşdırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice