Əsas səhifə » Suriya, İsraillə tampon zonada BMT qüvvələrini qəbul etməyə hazırdır

Suriya, İsraillə tampon zonada BMT qüvvələrini qəbul etməyə hazırdır

Bakı, AzerVoice

Suriya yeni administrasiyasının lideri Əhməd əl-Şaraa bildirib ki, ölkə, İsraillə ortaq tampon zonaya Birləşmiş Millətlər Təşkilatının qüvvələrini qəbul etməyə hazırdır.

AzerVoice xəbər verir ki, o eyni zamanda qeyd edib ki, İsrailin bölgədə irəliləməsinin səbəbi İran milislərinin və Hizbullahın mövcudluğu idi.

“Dəməşqin azad edilməsindən sonra onların burada artıq heç bir iranyönlü qüvvə yoxdur. Bu səbəbdən İsrailin tampon zonada irəliləməsi üçün bəhanələri də qalmayıb."-deyə o bildirib.

Qeyd edək ki, 2024-cü ilin 8 dekabrında Bəşər Əsədin süqutu ilə İsrailin ordusu, 1967-ci ildən işğal altında saxladığı Colan yüksəkliklərinin silahsızlaşdırılmış tampon zonasında yerləşdiyini elan edib. Birləşmiş Millətlər Təşkilatı bu hərəkəti 1974-cü ildə əldə edilmiş atəşkəs müqaviləsinin pozuntusı adlandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice