BAKI,AzerVoice
Suriya, Misir hökumətini təhdid edən videolar yayımlayan Əhməd əl-Mənsuru həbs etdi,AzerVoice xəbər verir ki, bu haqda Suriya Daxili İşlər Nazirliyindən bir mənbə Reuters agentliyinə verdiyi açıqlamada deyib.
Mənbə qedy edib ki, Əl-Mansur, özünü "25 Yanvar İnqilabi Hərəkatı" adlandırdığı bir qurumun yaradıldığını elan etmişdi.
Misir mediasının verdiyi məlumata görə, Suriyaya qaçmazdan əvvəl terrorçu qruplara qoşulan Əl-Mansur, Hazım Salah Əbu İsmail tərəfindən qurulan Hazımun (Hazımçılar) Hərəkatının üzvü olub. Əl-Mansur 2013-cü ildə Rabiatul Adəviyyə və Nəhda meydanlarındakı oturaq aksiyalara qatılmışdı.
Əl-Mansurun atası Atıf, oğlundan bu əməllərinə görə imtina edib. Atıf, oğlunun Misir hakimiyyət orqanlarının ailə üzvlərini həbs etdiyi ilə bağlı iddialarını təkzib edib.
Atıf əlavə edib ki, Misir dövləti "Əhmədin qardaşının İtaliyada magistr təhsili alması üçün bir milyon funt xərcləyib."