Bakı,
AzerVoice
İŞİD-lə Mübarizə Beynəlxalq Koalisiyasının (DMUK) Suriya-Türkiyə
sərhədi yaxınlığında həyata keçirdiyi hücum zamanı iki nəfərin
ölüb, bir nəfər isə yaralanıb.
AzerVoice xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) yaydığı məlumatda bildirilir ki, hücum Suriya-Türkiyə sərhədinə yaxın Sarmada şəhərinin şimal-qərbində yerləşən Əl-Qala düşərgəsinə gedən yolda baş verib.
“DMUK təyyarəsi üç raketlə motosikleti hədəfə alıb. Hücum nəticəsində iki nəfər ölüb, yaxınlıqda olan bir nəfər isə yaralanıb.” - deyə bildirilib.
Bir səlahiyyətli şəxs, keçən həftə Rakka yaxınlığındakı Rasafe səhrasında DMUK-a məxsus bir pilotsuz uçuş aparatının (PUA) əməliyyat keçirdiyini bildirib. Həmin əməliyyatda İŞİD üzvü olan bir şəxs cipdə səyahət edərkən hədəfə alınaraq öldürülüb.
Suriya televiziyası isə hədəf alınan şəxslərin kimliyi ilə bağlı hələ təsdiqlənmiş məlumatın olmadığını qeyd edib. Lakin hadisənin baş verdiyi ərazidə bir neçə güclü partlayış səsinin eşidildiyi bildirilib.
Televiziya kanalı DMUK-un son illərdə Suriyada müxtəlif hədəflərə çoxsaylı hücumlar həyata keçirdiyini və bu hücumların əsasən İŞİD liderləri, üzvləri və digər "ekstremist terror təşkilatlarını" məhv etməyə yönəldiyini vurğulayıb.
Qeyd edək ki, DMUK uzun müddətdir Suriyada İŞİD və digər terror qruplaşmalarına qarşı əməliyyatlar aparır. Hücumlar adətən PUA-lar və təyyarələr vasitəsilə həyata keçirilir və hədəflər dəqiq kəşfiyyat məlumatlarına əsaslanır.