Əsas səhifə » Türkiyə Suriyanın inkişafı üçün dəstək verir - Suriya naziri

Türkiyə Suriyanın inkişafı üçün dəstək verir - Suriya naziri

Bakı,AzerVoice

Aramızda böyük bir əməkdaşlıq var və Türkiyə Suriyanın yenidən inkişafı üçün ciddi dəstək verir.

AzerVoice xəbər verir ki, bu sözləri Suriyanın Energetika naziri Ömər Şakurk deyib

8 dekabr Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra vəzifəyə başlayan hökumət ilkin olaraq elektrik xətlərində 40 milyard dollar dəyərində ziyan aşkarlayıb.

Nazir, Suriyada devrilmiş rejimin ölkəyə ən çox zərər vurduğu sahələrdən birinində energetika sahəsi olduğunu bildirib.

“Biz vəzifəyə başlayanda, gündəlik 2 saat olan elektrik istifadəsini 4 saata qaldırdıq",- deyə nazir vurğulayıb

Şakurk Əsəd rejiminin elektrik sistemlərini bombaladığını deyib.

"Əsəd rejimi hər yerdə olduğu kimi İdlibdə də güclü bombardmanlar nəticəsində elektrik sistemlərini məhv etdi. İdlibdə apardığımız təmirlə elektrik istifadəsini 24 saata çatdırdıq. Suriyanın hər yerində 24 saatlıq mərhələyə keçmək bir qədər vaxt aparacaq, lakin biz Suriya xalqını 24 saat elektrik enerjisi ilə təmin etməyi hədəfləyirik. Biz bu məqsədə 5 il ərzində çatacağıq",- deyə o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice