Əsas səhifə » Suriyada hüquq-mühafizə orqanlarına yeni namizədlər hazırlanır

Suriyada hüquq-mühafizə orqanlarına yeni namizədlər hazırlanır

Bakı,AzerVoice

Suriyada yeni administrasiyanın Daxili İşlər Nazirliyinə bağlı Dəməşqdəki təlim akademiyasının təşkil etdiyi təlimlərdə, ölkəyə asayiş keşikçisi olaraq təyinat alacaq şəxslərə hazırlıq keçirilir.

AzerVoice xəbər verir ki, bu gün səhər Baş Təhlükəsizlik İdarəsinin Dəməşqin Qabon rayonundakı təlim akademiyasında, 7-ci dövr təhlükəsizlik qüvvələrinə qatılacaq 400 nəfərlik məzuniyyət mərasimi keçirilib.

Hüquq-mühafizə orqanı kimi xidmət edəcək 400 suriyalı şəxs qara geyimləri və silahları ilə akademiyanın təlim bölgəsində düzülüb. Yeni təhlükəsizlik qüvvələri, komandalarına uyğun olaraq, addım-addım yürüş edərək silahlarını götürərək sıra düzümündə mövqe tutublar.

Təhlükəsizlik qüvvələrinin təlimindən məsul olan Hişam Hilal, təlimi bitirən qüvvələrin vəzifəsinin Suriyanın bütün əyalətlərində təhlükəsizliyi təmin etmək olacağını bildirib. O, əlavə edib ki, Dəməşq və digər dörd əyalətdə hüquq-mühafizə orqanına müraciət edənlərin sayı 200 mini keçib. Namizədlərin 18-30 yaş arasında olduğu və yaxşı keçmişə sahib olmalarına diqqət yetirildiyi bildirilib.

Hilal, təhlükəsizlik bölmələrində və polis təşkilatında hər dindən və məzhəbdən insanların olduğunu, maaşların isə iş təsvirinə və təhsilinə görə dəyişəcəyini qeyd edib. Minimum maaşın 150 dollar civarında olacağı, lakin bu məbləğin artmasının mümkün olduğu ifadə edilib. Həkim və mühəndis kimi peşəkar qruplardan da müraciətlərin qəbul edildiyi qeyd edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice