Bakı,
AzerVoice
Fransanın Xarici İşlər Naziri Jan-Noel Barrot, Avropa İttifaqının
(Aİ) Suriyaya qarşı tətbiq etdiyi , humanitar yardımların
çatdırılmasına və ölkənin bərpasına mane olan sanksiyaların
tezliklə ləğv edilə biləcəyini bildirib.
AzerVoice xəbər verir ki , Barrot
açıqlamasında Suriyada qadın hüquqları və təhlükəsizlik sahələrində
irəliləyiş əldə olunarsa, digər sanksiyaların ləğvini müzakirə
etmək üçün Aİ liderləri ilə danışıqların davam etdiyini
söyləyib.
Barrot, "Bəşər Əsədə və rejimin cəlladlarına qarşı sanksiyalar var,bunlar təbii ki, qaldırılmayacaq. Lakin hazırda humanitar yardıma mane olan və ölkənin sağalmasına mane olan digər sanksiyalar da var ki, bunları tez bir zamanda aradan qaldırmaq olar," - deyə əlavə edib.
Qeyd edək ki, Bazar ertəsi Birləşmiş Ştatlar Suriyadakı bəzi dövlət qurumları ilə əməliyyatlara dair sanksiyalardan altı ay müddətinə imtina edib.
Onu da qeyd edək ki, 2011-ci ildə Bəşər Əsədin demokratiya tərəfdarı etirazları yatırması ilə başlayaraq vətəndaş müharibəsinə çevrilən hadisələrdən sonra, Aİ, ABŞ, Böyük Britaniya və digər hökumətlər Suriyaya qarşı sərt sanksiyalar tətbiq edib. Təhrir əl-Şam (HTŞ), Əl-Qaidə ilə əlaqələrini kəsdiyini açıqlasa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) və ABŞ hələ də HTŞ-ni terror təşkilatı kimi tanıyır.