Əsas səhifə » Əsəd rejimindən ayrılan ilk zabitin hekayəsi…

Əsəd rejimindən ayrılan ilk zabitin hekayəsi…

Bakı. AzerVoice / Arab.AZ

9 iyun 2011-ci ildə, yəni Suriya rejimini devirən Suriya inqilabının başlanmasından bir neçə ay sonra (14 illik münaqişədən sonra) İdlib valiliyindən polkovnik-leytenant rütbəli suriyalı zabit Hüseyn Harmuş Suriyalıların ordudan ayrıldığını elan etdi.

Harmuş İdlibin cənubundakı Cəbəl əz-Zaviyə bölgəsindəki İblin kəndində anadan olub və orada böyüyüb. 1990-1996-cı illərdə Rusiya Federasiyasında “Kubışov” Ali Hərbi Mühəndislik Akademiyasında hərbi mühəndislik kursu keçib, orada əla qiymət alıb və ərəb dilindən tərcümə ixtisası üzrə diplomu var. O, həmçinin Moskva şəhəri səviyyəsində elmi tədqiqatlarda iştirak edib, texnologiya və adi silahların və kütləvi qırğın silahlarının təsirini araşdırıb.

“Salam olsun, vətən qoruyucuları, şəhidlərimizə, hərbçilərimizin və mülki şəxslərin ruhuna rəhmətlə anıram, 11-ci diviziya komandiri, polkovnik-leytenant Hüseyn Harmuşam, ordudan ayrıldığımı elan edirəm və Azad Suriya Ərəb Ordusunun bir sıra üzvləri ilə Suriya gənclərinin sıralarına qoşulmağımı elan edirəm. Missiyamız azadlıq və demokratiya tələb edən Silahsız nümayişçiləri qorumaqdır”

Bu sözlərlə polkovnik-leytenant Hüseyn Harmuş 9 iyun 2011-ci il tarixində Suriya inqilabı platformalarında çəkdiyi videoyazıda Əsəd rejiminin qüvvələrindən ayrıldığını açıqlamış, həmçinin suriyalı zabit yoldaşlarını nizami ordudan ayrılmağa çağırmışdı.

Onun ordudadn ayrılması rejim qüvvələrinin İdlib əyalətinin qərbindəki Cisr əş-Şuqur şəhərinə hücum cəhdi ilə üst-üstə düşdü və bu müddətdə o, sonradan qaçan hərbi zabitlərin və Suriya inqilabçı qruplarının müşayiəti ilə hərbi əməliyyatların bir hissəsinə rəhbərlik etdi. Bu da öz növbəsində rejim qüvvələrinin 3 istiqamətdə irəliləmə cəhdinə qarşını aldı.

O Türkiyəyə getməzdən əvvəl rejimə qarşı “Azad Zabitlər Briqadası” adı altında ilk inqilabi hərbi qurumun formalaşmasında böyük rol oynamışdır.

Polkovnik-leytenant Hüseyn Harmuşun yaxınları onun 29 avqust 2011-ci il bazar ertəsi səhər saatlarında müəmmalı şəraitdə yoxa çıxdığını deyirlər. Məlumata əsasən Harmuş 15 sentyabrda üzündə işgəncəı izləri ilə rejimin telekanallarına çıxarılıb və dövlətə qarşı üsyana rəhbərlik etməsini etiraf edib.

Maraqlısı isə odur ki, bu hadisədən əvvəl Harmuşun Türkiyədə olduqu və onun güya ordan qaçırıldığı deyilirdi. İddiaya görə, Harmuş rejim qüvvələrinmə təhvil verilmişdi.İddiaya görə, Harmuş Suriyada gizlənən PKK terror təşkilatının doqquz əsas fiquru ilə dəyişdirilmişdi. Türkiyə isə bunu öz növbəsində inkar edirdi.

Hüseyn Harmuşun qardaşı Mahmud Mustafa Harmuş qardaşının son dərəcədə təvazökar bir insan olduğunu deyir.

“Qardaşım Hüseyn Əsəd ordusundan ilk ayrılan zabit idi, onun taleyi ilə bağlı hal-hazırda heç bir məlumatımız yoxdur”-deyə o bildirib. O hələ də qardaşının sağ olması ümidi ilə yaşıyır.

“Qardaşım ordudan ayrılaraq Türkiyəyə getdikdən sonra, Əsəd rejimi bizim kəndə basqın etdi. Mən o vaxt Dəməşqdə idi. Üç qardaşım öldürüldü və qırxdan çox qohumlarımın evi yağmalandı və yandırıldı”-deyə Mahmud Mustafa Harmuş deyib.

Mahmud qardaşı polkovnik-leytenant Hüseynin hələ də sağ olduğuna inanır və dəqiq mənbələrdən Suriya rejiminin süqutundan təxminən 8 ay əvvəl onun Latakiyadakı Rusiyanın “Hmeymim” bazasına naməlum səbəblərdən göndərildiyi barədə xəbər aldıqlarını bildirir.

Digər Kateqoriyalar

2025 © Azervoice