Bakı,
AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Demokratik
Qüvvələrini (SDQ) silahlarını təhvil vermədikləri təqdirdə ciddi
şəkildə təhdid edib.
AzerVoice xəbər verir ki, Ərdoğan
Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrup
toplantısında çıxışı zamanı bəyan edib ki, ya separatçı qatillər
silahlarını yerə qoyacaqlar, ya da silahları ilə birlikdə Suriya
torpaqlarında basdırılacaqlar.
O, Türkiyənin məqsədinin bölgədə, xüsusilə Suriyada, sülh,
firavanlıq və sabitliyi təmin etmək olduğunu vurğulayıb.
Bu arada, Suriyanın şimal-şərqindəki kürd siyasi qüvvələri və SDQ
arasında baş verən qarşıdurmalar diqqət mərkəzindədir. Dəməşqdə
Əhməd əl-Şaranın başçılıq etdiyi yeni administrasiya ixtilafların
həlli və vahid nümayəndə heyətinin yaradılması məqsədilə
məsləhətləşmələr aparır. Müxalif Kürd Milli Şurasının sözçüsü
Feysəl Yusufun sözlərinə görə, SDQ lideri Mazlum Abdi ABŞ və Fransa
səfirləri ilə görüşlər keçirib.
Eyni zamanda, Suriyada kürd nümayişləri ilə yanaşı, etnik və dini
zəmində gərginliklər də artıb. Suriya İnsan Haqları Müşahidə Qrupu
(SOHR) və şahidlərin məlumatına görə, Hələbdə Ələvi məbədinə hücumu
əks etdirən videonun yayımlanmasından sonra Homs və digər
bölgələrdə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Homsda Suriya
hakimiyyət orqanları axşam saat 18-dən səhər saat 8-ə qədər
komendant saatı tətbiq edib. SOHR-in məlumatına görə, xüsusilə
sahilboyu və mərkəzi bölgələrdə ələvilərin çoxluq təşkil etdiyi
ərazilərdə gərginlik yüksəkdir.
Türkiyədən SDQ-yə qəti xəbərdarlıq
17