Bakı,
AzerVoice
Suriyanın Tartus bölgəsində keçmiş rejimin yüksək rütbəli zabitini
həbs etməyə cəhd zamanı baş verən qarşıdurmada azı 17 nəfər həlak
olub.
AzerVoice xəbər verir ki,Suriya Daxili
İşlər Nazirliyinin rəsmi məlumatına görə, qarşıdurmalar zamanı 14
təhlükəsizlik əməkdaşı öldürülüb, 10 nəfər isə yaralanıb. Ölənlərin
ümumi sayı hər iki tərəfdən 17 nəfər olub.
Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Tartus əyalətində təhlükəsizlik qüvvələrinin keçmiş zabiti həbs etmək cəhdindən sonra baş verən toqquşmalarda 9 nəfərin öldüyünü bildirib. Ölənlər arasında təhlükəsizlik qüvvələrinin keçmiş üzvləri və silahlı şəxslər də var.
Hadisələr Khirbet əl-Mezze kəndində baş verib. SOHR-in məlumatına görə, axtarış zamanı kənd sakinləri və keçmiş zabitin tərəfdarları təhlükəsizlik qüvvələrinə qarşı silahlı müqavimət göstəriblər. Kəndin sakinləri təhlükəsizlik qüvvələrini bölgədən çıxararaq patrul maşınlarına hücum edib. Nəticədə təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb, bir neçəsi yaralanıb.
Qeyd edək ki, keçmiş rejimin zabiti Sednaya həbsxanasında
törədilən cinayətlərdə və minlərlə məhbusa ölüm hökmü verilməsində
ittiham edilir. SOHR-in məlumatına görə, təhlükəsizlik qüvvələri
kəndi mühasirəyə alaraq bir neçə sakini saxlayıb.
Toqquşmaların səbəbləri və nəticələri ilə bağlı araşdırmalar davam
edir.